Bob Dylan Amerikan folk musiqisinin əfsanəsi Bob Dylan dünən 2016-cı il Nobel Ədəbiyat mükafatı laureatı oldu. Və bununla o, Geor...
"Amerikan musiqi yaradıcılığında iki ekol var : biri Bob Dylan digəri də Leonard Cohen. Bob Dylanın əsərlərini anlıq hislər ilə yazır. Yəni hadisə yaşanılıb. Bu hadisələr nəhayətində Dylanın ağlında, xatirəsində, ürəyində nə hiss, düşüncə qalıbsa onları 5-10 dəq içerisində yazıb bəstəliyir.
Leonard Cohendə isə bu iş bir neçə ay hətta bir neçə il də çəkə bilər. Misal üçün, eşq haqqında mahnı yazırsasa Leonard Cohen illər boyu onu düşünəcək, yadına düşən şeyləri əlavə edəcək vəya artıq gördüyü yerləri çıxaracaq. Ta ki əsərin mükəmməliyətindən əmin olanadək.
Hətta bir gün Bob Dylan, Leonard Cohendən soruşur ki 'Hallelujah'nı yazmaq nə qədər vaxtını aldı ? Cohen də deyirki 3il. Sonra Cohen Dylandan soruşur ki bəs 'I and I'ı yazmaq sənin nə qədər vaxtını aldı ? Bob Dylan da gülərək deyirki : 15 dəqiqə."
İndi belə bir sual doğulur ki niyə əsərlərini mükəmməlləşdirmək üçün bu qədər işləyən Leonard Cohen yox, məhz Bob Dylan ? Bob Dylan’a Nobel Ədəbiyat mükafatı verilməsi səbəbində deyilir ki : "Amerikan musiqi ənənəsində yeni bir poetik ifadə yaratdığı üçün” Təbii ki, həm Cohenin həm də Dylanın bu qədər dəyərli olmasının səbəbi həm mahnılarının sözlərinin poetik dili həm də musiqilərindəki folk nümunələridir. Ama aralırında çox incə və çox önəmli bir fərq var. Bob Dylan bir müsahibəsində folk musiqisi haqqında deyir ki :
“Bilirsiz ? Folk musiqisi artıq mənim istifadə edə bilməyəcəyim bir sözdü. Mənim indi haqqında danışdığım isə riyazi bir musiqi kimi olan - ənənəvi musiqidi. Bütün bu mahnılar - insanın zehnindən xaricə o anda çıxan, aşiqlərin bir birini qulara, ceyranlara oxşatdığı, sevgililərin bir mələk olduğu mahnılar - bunlar ölümsüzdü. Ama indiki çalınan - bəstələnən mahnılar folk musiqisi deyil artıq. Onlar artıq biraz politik mahnılardır. Onlar artıq ölüblər yada ölürlər. Ama ənənəvi musiqi sirlərlə doldu və kulturoloji bir faktı. Bu kultura var olduqca o da sonsuza qədər o sirlərlə bərabər dəvam edib gedəcək.”
Yəni bu dediyini və yaradıcılıq ekolunu biraz açsaq, Bob Dylana görə bir əsərin üstündə işləmək onu çox dəyərsizləşdirən bir şeydir. Çünki ölümsüz olan bizim anlıq hislərimizdir. Hissin özü o an içində ölümsüzdü. O anlıq hisləri mükəmməlləşdirmək yox, olduğu kimi bütün qüsurları ilə dinləyiciyə vermək lazımdı. O zaman dinləyici dinlədiyi musiqini özünə daha yaxın görər. Musiqinin sözlərinin mükəmməlləşdirilmiş bir vəziyətdə olmağı dinləyici ilə arasında məsafə yaradır. Çünki heç kəs musiqinin xatırlatdığı və yaşamış olduğu hissi heç vaxt o dərəcədə bir mükəmməliyət içində yaşamış olmur.
Misal üçün Leonard Cohen Hallejulah’da yazıb ki :
"Well, I heard there was a secret chord
That David played and it pleased the Lord
But you don't really care for music, do you?
Well it goes like this:
The fourth, the fifth, the minor fall and the major lift
The baffled king composing Hallelujah !"
Sözlərə baxdığımızda nə qədər üstündə əlləşildiyi və mükəmməlləşdirmək üçün nə qədər əmək sərf edildiyi hiss olunur. Təniqd olunmaz olması üçün nə qədər enerji sərf olunduğu, dinləyicini ovsunlamaq üçün üstündə vaxt xərcləndiyi görünür. Və ona görədə bu musiqi Bob Dylana biraz politik bir musiqi kimi gəlir. Səmimiyyətdən uzaqlaşır. Və ölür. Çünki yazıçının yaşadığı, təcrübə etdiyi bir doğrunu – bir hissi əks etdirmir. O yaşanmış olan hiss dinləyicini ovsunlamaq üçün deformasiyaya məruz qalıb.
Digər tərəfdən Bob Dylan I and I’ın girişində deyir ki :
"Been so long since a strange woman has slept in my bed
Look how sweet she sleeps, how free must be her dreams"
Elə məhz ‘insanın zehnindən xaricə o anda çıxan, aşiqlərin bir birini qulara, ceyranlara oxşatdığı, sevgililərin bir mələk olduğu mahnılar’ dediyi şey budu. Təhtəlşüurdan (bilinçdışından) gələn və təhtəlşüura xitab edən.
Ən sondada mənim üçün Bob Dylanı ən yaxşı ifadə edən Allen Ginsberg'in söyləmiş olduğu bir fikir var : "Subyektiv olaraq qənaətə gəlinmiş doğrular vardır. Hansı ki, obyektiv həqiqətə sahibdir. Çünki biriləri bunun yaşayaraq fərqinə varmışdır. Və bu poeziyadır. Bob Dylan isə əsərlərində bunu verir dinləyiciyə."
Əli Rəhimli