Ağalar Məmmədov Popülizm tərif etibari ilə mənfi bir fenomendir; bir rədd edişə və hətta biraz da qəbul edilmiş bir acizliyə dayanan bi...
Popülizm
tərif etibari ilə mənfi bir fenomendir; bir rədd edişə və hətta biraz da qəbul
edilmiş bir acizliyə dayanan bir fenomendir. Bu haqda belə bir məşhur anektod
var : Bir adam itirdiyi açarı küçə lampasının altında axtarırmış. Açarı harda
itirdiyini soruşanda isə qaranlıq bir küncdə itirdiyini qəbul edirmiş. Bəs onda
niyə orda, işığın altında axtarırdı ? Çünki burda görünürlük daha yaxşı idi.
Populizim elə məhz bu nömrədən faydalanır. Cəlil Məmmdəquluzadədən, Mirzə Fətəli Axundova, Ağalar Məmmdova kimi
kulturologiyamızdakı problemleri sadəcə İslamda axtarırıq çünki İslam yerdə qalan
bir çox kompleks ictimai prosesdən daha asan görünə biləndir. (Bəzi dini cəhətdən
daha konservativ dəyərlərə sahib olan və eyni zamanda da Axundov və Məmmdəquluzadəni
sevən insalar onların əslində İslama qarşı yox cəhalətə qarşı savaş açdığını
iddia edə bilər ama mən bu fikirlə razı deyiləm)
Yüz
ildir milli mədəniyyətimizi İslam dini üzərindən tənqid və təhlil edib bir nəticə
əldə edə bilmiriksə demək problem o qədər də İslam təməlli deyil.
Misal
üçün bir sual verək. Cəmiyyətimizin ataerkil olması İslam dinindən mi
qaynaqların yoxsa bu elə məhz kulturologiyamızın içindəki bir kompleks prosesin
nəticəsidir mi ?
Ataerkil
nədir ? Tərif etibari ilə ataerkil: kişi avtoritetinə söykənən bir növ ictimai
təşkilatlanma nizamdır və bu nizamın təməlini kişinin üstünlüyü fikrindən ibarətdir.
Bəs o zaman, bu ataerkilin təməlini əmələ gətirən kişinin üstünlüyü fikri
İslamın fəlsəfəsində olan bir şeydirmi ?
Slavoj
Zizek 2008-ci ildə verdiyi bir müsahibəsində bu fikri müzakirə edərkən həmin
illərdə Avstraliyada yaşayan bir mollanın sensasiyaya səbəb olan bir çıxışını
nümunə göstərərək izaha başlayır. Deməli bu molla deyir ki : ‘Çölə hicabsız
çıxan bir qadın küçənin ortasına atılmış bir ət kimidir. İndi itin biri gəlib o
əti yesə kimi günahlandırarsız ? Əti ora atanı yoxsa iti ? Təbii ki əti ora
atanı’
Yaxşı, qəbul
edək ki bu mollanın verdiyi nümunə çox
iyrəncdi və bu molla o qədər də zeki deyil, arqumentasiyanı doğru aparmır ama
burda bunları anladarkən özünün də düşdüyü bir tələ var. Kişini itə qədər
endirir. Yəni mən kişi olaraq öz ağlım ve hür iradəmlə küçənin ortasına atılmış ətə
toxunmamaq qərarı alacaq qədər zəkaya sahib deyiləm. Amma bununla bir yerdə
qadın o qədər ağıllıdır ki, mənim nə qədər iradəsiz, itdən fərqsiz olduğumu biləcək
və bunu hesablayacaq ki küçəyə hicabsız çıxmasın.
Yada Məhəmməd
peyğəmbər və birinci arvadı Xədicə haqqında o
məşhur hekayə. Məhəmməd peyğəmbər hansı mələyin yaxşı mələk hansı mələyin
pis mələk olduğunu müəyyən etmək üçün Xədicədən soruşur. Xədicə də başının
örtüsünü açır; bu mələk yaxşı mələkdir çünki utandı. Bu mələk pis mələkdir
çünki utanmadı və.s Yəni peyğəmbər belə olsa bir kişi yaxşını və pisi qadının zəkası
olmadan müəyyən edə bilmir. O biri tərəfdən, xristianlıq və yəhudilik kifayət qədər
ataerkil səslənən ata oğul münasibətlərinə əsaslanarkən İslamın peyğəmbəri bir
yetimdi. Ona görə Fransanın ən intelektual solçularından olan Alain Badiou
deyir ki: İslam səmavi dinlər arasında ataerkil olmayan yeganə dindir.
Mənim
fikrimcə İslam dinin fəlsəfəsindəki gender analizləri çox səfdi. Ama nəticə
etibari ilə ortada bir kişinin qadından üstünlüyü fikri yoxdu. Hətta tam tərsi
var. Qadının azadlıqlarının azaldılması, qadının baskılanması onun daha çox
zeki olduğundan iləri gəlir. Səf gender analizləri nəticəsində bu problem
ortaya çıxır, ataerkil təməlli avtoritarlıqdan deyil. Ama bizim
kulturologiyamızdakı qadının basğılanması, azadlığının olmaması, gender bərabərsizliyi ataerkil təməllidi və kökü də kişinin
qadından üstünlüyünə dayanır. Yəni problem İslam dini təməlli deyil öz
kulturologiyamızda geden qarışıq sosyal proseslərin nəticəsində var bu problem.
Bu
sadəcə ağlıma gələn onlarla nümunədən biridi. Bu siyahını uzatmaqda olar.
İslamın dinin milli kulturologiyamıza mənfi təsiri təbii ki var ama bu o qədər
də böyük təsir deyil. Əsas məsələ populizmdən qurtulub qaranlıq tərəflərdəki
porblemleri görməkdi. Yüz ildir İslam üzərindən kulturologiyanı tənqid edib bir
nəticə əldə edə bilmiriksə demək problem o qədər də İslamda deyil.
Yazının
sonunda qeyd edim ki, mən Ağlar Məmmdovu Azərbaycanın ən intelektual
insanlarından biri hesab edirəm. Burda ‘Ağalar Məmmədov’çuluq deyə tərif
etdiyim şey milli kulturologiyamızdakı mənfi cəhətlərini İslam təməlli görüb
saf özündəki problemlərdən uzaqlaşmaq deməkdi.
Əli Rəhimli