Jak Lacan ilə reportaj (2-ci hissə)

Jacques Lacan (Jak Lacan) Aşağıdakı mətn,  bu linkdə yerləşən tərcümənin davamı olub, söhbəti gedən reportajın ikinci (və son) hissəsi...

Jacques Lacan (Jak Lacan)

Aşağıdakı mətn, bu linkdə yerləşən tərcümənin davamı olub, söhbəti gedən reportajın ikinci (və son) hissəsidir.

Emilio Granzotto. Lacançılığın müəyyən edici xüsusiyyətləri nələrdir?

Jak Lacan. Lacançılıq hələ mövcud deyil və bu səbəbə görə bunu demək üçün bir qədər tezdir. Hələ qoxusunu yeni yeni alırıq, bizim üçün bir əyanlıq kimidir.

Lacan, istənilən halda, psixanalizi ən azı qırx ildir ki tətbiq edən və uzun illərdən bəri də araşdıran bir insandır. Strukturalizmə və Linqvistikaya inanıram. Kitabımda bunu yazdım: Freudun kəşfi bizi, içərisinə girdiyimiz, belə ifadə edək, tam olaraq körpə vəziyyətindən, danışma bacarığını hələ qazanmamış uşaq vəziyyətindən çıxararaq, içərisində ikinci dəfə doğulduğumuz nizamın qənirsizliyinə aparır.

Freudun kəşfini əsaslandırdığı simvolik nizam, konkret universal ifadə anı olaraq dildən ibarətdir. Şeylər dünyasını yaradan sözün dünyasıdır və bu şeylər, başlanğıcda bütün meydana gəlməkdə olanlarla bir birinə qarışmış vəziyyətdədir. Yalnız sözlər, şeylərin özünə tam bir məna qazandıra bilər. Sözlər olmasaydı, heç bir şey var ola bilməzdi.

Mənim düşüncəmə görə, Freud, ilk əsərlərində - Yuxuların Yozumu, Həz Prinsipinin İlərisində, Totem və Tabu - təhtəlşüurun qanunlarını açıqlayaraq, Ferdinand de Saussure'ün bir neçə il sonra müasir dilçiliyin zəminini hazırlamasını təmin edəcək qaydaları düsturlaşdırmışdır.

Emilio Granzotto. Yaxşı bəs saf düşüncə?

Jak Lacan. O da digər hər şey kimidir, o da dilin qanunlarına boyun əymiş vəziyyətdədir. Yalnız sözlər onu meydana gətirə bilər və ona sabitlik qazandıra bilər. Əgər dil olmasaydı insanlıq, düşüncə araşdırmalarında bir addım belə irəli gedə bilməzdi.

Psixanaliz üçün də doğrudur bu. Müalicə etmək, formalaşdırmaq və ya bir  kəşf agenti; ona aid edilən funksiya hər nə olursa olsun, tək bir vasitədən istifadə edirik: xəstənin sözü ... və hər söz, bir cavaba layiqdir.

Emilio Granzotto. O halda, dialoq halında bir analizdən söhbət gedir. Bunu, etirafın iqaməsi olaraq şərh edənlər də var.

Jak Lacan. Nəyin etirafı? Psixanalistə etiraf etdiyiniz, böyük bir heçdən başqa bir şey deyil. Yalnız, ağlınızdan keçən nə varsa ona danışmağa, tamamilə sözlər söyləməyə buraxarsınız özünüzü. Psixanalizin kəşfi, insanın danışan bir heyvan kimi olmasıdır. Eşitdiyi sözləri nizama qoymaq və onlara bir məna vermək, analitiklərin işidir. Yaxşı bir analizin aparılması üçün, analizan və analitik arasında bir uyğunluğun, bir razılaşmanın olması gərəklidir.

Biri danışarkən, digəri mövzunun nə olduğuna dair fikir əldə etməyə və zahiri simptomun  kənarında mövcud olan, həqiqətin çətin düyününü tapmağa çalışır. Analizin digər funksiyası da, analizdən nə gözlənilə bilinəcəyini xəstənin anlaması üçün, sözlərin mənasını izah etməkdir.

Emilio Granzotto. Onda bu, son dərəcə qarışılıqlı inam və etibar tələb edən bir münasibətdir.

Jak Lacan. Daha çox, bir mübadilədir və əhəmiyyətli olan da birinin çıxışıdır, digərinin isə onu dinləməyidir. Səssizlik də əhəmiyyətlidir. Analitik sual soruşa bilməz və hər hansı bir fikrə sahib ola bilməz. Öz istəyi ilə irəli gələn suallara, öz istədiyi cavabları verə bilər sadəcə. Lakin ən nəhayət, analitik hara gedərsə, analizan da daim oraya gedir.

Emilio Granzotto. Az əvvəl müalicədən danışdınız. Müalicə edilmə ehtimalı var mı? Nevrozdan çıxmaq mümkündürmü?

Jak Lacan. Psixanaliz, çətinlikləri aradan qaldırdığında, simptomdan çıxdığında, gerçəklikdən çıxdığında müvəffəqiyyətli olur, yəni, həqiqətə çatır.

Emilio Granzotto. Eyni düşüncəni "daha az Lacançı" bir şəkildə izah edə bilərsinizmi?

Jak Lacan. Gerçəklikdən gələn hər şeyi simptom olaraq adlandırıram mən. Gerçəklik də, yolunda getməyən, funksiyasını itirmiş, insan həyatına və insanın şəxsiyyəti ilə üzləşməsinə mane olan hər şeyi əhatə edir. Gerçəklik hər zaman eyni yerə qayıdır. Onu, eyni görüntülərlə həmişə orada görəcəksiniz. Elm insanları, həqiqət daxilində heç bir şeyin qeyri-mümkün olmadığını söyləyə bilərlər. Məncə bu cür şeylər irəli sürə bilmələri üçün çox həyasız olmaları lazımdır ya da ki - mənim şübhəm bu istiqamətdədir - nə etdiklərini və ya söylədiklərini qətiyyən bilmirlər.

Gerçəklik və qeyri-mümkün, bir-birinin əleyhdarıdır və bir arada ola bilməzlər. Analiz, subyekti qeyri-mümkünə doğru itələyir, ona dünyanı həqiqətdə olduğu kimi qiymətləndirməyi təlqin edir, yəni, xəyali və hər hansı bir mənadan məhrum olaraq. Digər tərəfdən, reallıq, eynilə doymaq bilməyən bir quş kimi, rasional şeylərdən, mənalı hərəkətlərdən qidalanmaqdan başqa bir iş görmür.

Hər şeyə bir məna yükləmək lazım olduğunu təkrar təkrar eşidirik; öz düşüncələrimizə, öz ehtiraslarımıza, istəklərimizə, seksuallığa, həyata ... Ancaq, həyata dair heç bir məlumatımız yoxdur. Elm insanları bunu bizə açıqlaya bilmək üçün çırpınırlar.

Onların səhvi ucbatından, həqiqətin, var olmayan bu dəhşətli şeyin, sonunda qazanmağından, üstün gəlməyindən qorxuram. Elm dinin yerinə keçir amma fərqli bir şəkildə: daha despot, donuxmuş və konservativ bir şəkildə. Bir atom-tanrı, kosmos-tanrı və s. mövcuddur. Elm ya da din, hansı qazanır qazansın, psixanaliz uduzar.

Emilio Granzotto. İndiki vaxtda elm ilə psixoanaliz arasında nə kimi bir əlaqə var?

Jak Lacan. Mənim üçün, maraqlı olan tək həqiqi elm, tək ciddi elm, elmi-fantastikadır. Digəri, yəni rəsmi olan və laboratoriyalarda qurbangahları olan elm, bir tarazlığa sahib olmadan paslanaraq irəliləməkdədir. Hətta, öz kölgəsindən belə qorxmağa başladı.

Belə görünür ki, elm insanları üçün narahatlıq anı yaxınlaşır. Sterilizasiya laboratoriyalarında, ütülənmiş xalatlarına bükülmüş halda, daim daha kompleks cihazlar düzəldib həmişə daha qaranlıq düsturlar ixtira edərək, bilinməyən şeylərlə oynayan bu qoca uşaqlar, sabah başlarına nə gələ biləcəyini, hər daim yeni olan araşdırmalarının nəticədə nə gətirəcəyini özlərindən soruşmağa başladılar. "Nəhayət!" deyirəm. Ya çox gec olsa idi? Bioloqlar bunu özlərindən indi indi soruşurlar ya da fiziklər, kimyaçılar... Mənə qalsa, hamısı dəlidir.

Onlar kainatın simasını hazırda dəyişdirmək ilə məşğul ikən, bunun təsadüfən təhlükəli olub olmayacağını sorğulamaq, ağıllarına hələ təzə-təzə gəlir. Ya hər şey əks reaksiya versə idi? Ağ laboratoriyalarda bu cürə bir eşqlə yetişdirilən bakteriyalar ölümcül düşmənlərə çevrilsə idi? Yaxşı ya bu bakteriyalar sürüsü, saxladıqları bütün pisliklə birlikdə, bu laboratoriya alimlərindən başlayaraq dünyanı yox etsə idi?

Freud’un üç qeyri-mümkün vəzifəsinə, yəni rəhbərlik, təhsil və psixanalizin tətbiqinə mən də bir dördüncünü artıra bilərəm: elm. Yalnız, elm insanları vəzifələrinin dözülməz olduğunun fərqində deyillər.

Emilio Granzotto. Bax bu da, irəliləyiş kimi adlandırdığımız məfhuma dair çox pessimist bir rəydir.

Jak Lacan. Xeyr, bu tamamilə fərqli bir şeydir. Pessimist deyiləm. Pis heç bir şey olmayacaq. Bunun tək səbəbi də, insanın beş qəpiyə dəyməz olmağıdır, o qədər ki, özünü yox edə bilməyəcək qədər bacarıqsızdır.

Şəxsən, insan tərəfindən çıxarılmış bir fəlakəti valehedici hesab edərdim. Bu, ilahi, təbii ya da digər müdaxilələr olmadan, insanın əllərini və başını istifadə edərək artıq bir şeylər edə biləcəyinin isbatı olardı.

Əyləncə olsun deyə həddindən artıq bəslənmiş və İncildə bəhs edilən çəyirtkələr kimi dünyaya yayılmış bütün bu gözəl bakteriyalar, insanın zəfərini ifadə edərdi. Lakin belə bir şey olmayacaq. Elm öz məsuliyyət böhranının nəysə ki öhdəsindən gəlməkdədir və dedikləri kimi, hər şey şeylər nizamına girəcəkdir. Bunu ifadə eləmişdim: gerçəklik hər zamanki kimi üstün gələcək və bizlər də hər zamanki kimi poxu yemiş olacağıq.

Emilio Granzotto. Jak Lacan'ın bir digər paradoksu. Sizi, dilinizin çətinliyi və fikirlərinizin qaranlıq olmağı xaricində, etdiyiniz söz oyunları, anekdotlar, sözün qolunu budağını bükmələrinizə və paradokslarınıza görə də tənqid edirlər. Sizi dinləyən ya da oxuyan bir adamın, fikri qarışmış kimi hiss etməyə haqqı var.

Jak Lacan. Əslinə baxsanız sözü uzatmıram, çox ciddi şeylər izah edirəm. Distillə aparatlarından və elektron cihazlarından bəhs eləmiş olduğum elm insanları kimi, mən də sözü istifadə edirəm sadəcə. Hər zaman da psixanalizin təcrübəsinə müraciət etməyə çalışıram.

Emilio Granzotto. Deyirsiniz ki, gerçəklik mövcud deyil. Lakin, orta statistik bir insan, həqiqətin dünya olduğunu, özünü əhatə edən və çılpaq gözlə gördüyü hər şeyin, toxunduğu hər şeyin gerçəklik olduğunu bilir.

Jak Lacan. Əvvəlcə gəlin, özü də var olmayan bu orta statistik insandan canımızı qurtaraq. O sadəcə statistik bir fantastikadır. Fiziki şəxslər vardır, o qədər. Küçədəki insandan, qənaət anketlərindən, kütləvi fenomenlərdən və bu cür şeylərdən bəhs edildiyini eşitdiyim zaman, qırx il ərzində dinlədiyim, keçib divana üzərinə uzandıqlarını gördüyüm bütün xəstələr düşür yadıma. Heç biri, bir nöqtəyə qədər, bir digərinə bənzəmirdi, heç biri bir digəriylə eyni fobiya, eyni qayğılara, eyni danışıq formasına, eyni başa düşə bilməmə qorxusuna sahib deyildi. Kimdir bu orta statistik insan? Mən bilərəm mi, siz bilərsiniz mi, mənim qapıcım mı, prezident mi?

Emilio Granzotto. Gerçəklikdən bəhs edirdik, hər şeyi gördüyümüz dünyadan ...

Jak Lacan. Qətiliklə. "Gerçəklik", yəni, yolunda getməyən ilə "həqiqət", yəni, simvolik, xəyali arasındakı fərq, həqiqətin dünya olmağıdır. Dünyanın var olmadığını, mövcud olmadığını aşkar edə bilmək üçün, sərhədsiz sayda axmağın "dünya" olduğunu zənn etdiyi bütün bayağılıqları ağılımıza gətirməmiz kifayətdir. Panorama jurnalındakı yoldaşlarımı da, məni paradoksla günahlandırmadan əvvəl, oxuduqları üzərində yaxşı düşünməyə dəvət edirəm.

Emilio Granzotto. Görünən budur ki, həmişə daha pessimistsiniz.

Jak Lacan. Bu doğru deyil. Özümü nə ətrafda hay-küy yaradanlar arasında görürəm nə də qayğı duyanlar arasında. Bir psixanalist üçün də qayğı mərhələsini aşa bilməmək ayıb bir şeydir. Ancaq, ətrafımızda bizi əsəbləşdirən və yoran şeylər olduğu düzdür; misal üçün,  böyük bir hissəmizi fagosit hüceyrələri kimi mütəmadi olaraq udan televiziya. Bunun yeganə səbəbi isə, udulmağa icazə verən insanların mövcudluğudur, hətta, gördüklərindən fayda belə əldə edirlər.

Sonra, başqa mənada yoran digər dəhşətli şeylər də var: Aya gedən raketlər, okean diblərində edilən araşdırmalar, və s. Bunların hamısı, bizi yoran şeylərdi. Lakin bunun dramatikləşdirəcək bir tərəfi də yoxdur. Əminəm ki, mərmilərdən, televiziyadan və boşuna aparılan bütün bu səy araşdırmalardan bezdiyimizdə, özümüzü məşğul edəcək başqa şeylər tapacağıq. Bu, dinin yenidən doğuşu deməkdir, elə deyil mi? Yaxşı, dindən daha yaxşı yoran hansı canavar var? Bu, onsuz da isbat edilmiş olduğu kimi, əsrilər boyu əyləndiyimiz və ara vermədən davam edən bir ziyafətdir.

Bütün bunlara cavabım, insanın mənfi olan bir şeyə adaptasiya olmağı hər zaman bacara bilmiş olduğudur. Qəbul edək ki,  əvvəldən demiş olduğumuz kimi, təsəvvür edə biləcəyimiz və əlimizin çatmış olduğu yeganə gerçəklik tam olaraq sadəcə şeylərə məna yükləməkdir. Əks təqdirdə, insanın qayğıları olmazdı, Freud şöhrət qazanmazdı və mən də lisey müəllimi olardım.

Emilio Granzotto. Qayğıların təbiəti hər zaman bu cürdür, yoxsa müəyyən ictimai şərtlərə, müəyyən bir tarixi dövrə, müəyyən coğrafiyalara əlaqəli qayğılar da var mı?

Jak Lacan. Öz kəşflərindən qorxan elm insanının qayğısı, yeni kimi görülə bilər. Ancaq, digər dövrlərdə nə olduğu haqqında nə bilirik ki? Digər tədqiqatçıların yaşadığı dramlar haqqında nə bilirik? Qayıq avarçəkəni kimi, montaj xəttində çalışan kölə-işçinin qayğısı, bu günün qayğısı. Daha sadə ifadə edəcək olsaq, bu günün tərifləri ilə və sözləriylə əlaqəlidir.

Emilio Granzotto. Yaxşı bəs, psixanalizə görə qayğı nədir?

Jak Lacan. Bədənimizin xaricində olan bir şeydir, bir qorxudur amma onu nə bədənimiz nə də zehnimiz motivasiya eləyir. Qısacası, qorxunun qorxusu. Bu qorxuların bir çoxunun, bu qayğıların bir çoxunun, onları qəbul etdiyimiz səviyyədə seksuallıqla bir əlaqəsi var. Freud, insan adı verilən danışan heyvan üçün, seksuallığın çarəsiz və ümidsiz olduğunu demişdi. Analitiklərin vəzifələrindən biri də, xəstənin sözünün içərisində qayğı və seksuallıq arasındakı əlaqəni, bu böyük bilinməyəni tapmaqdır.

Emilio Granzotto. İndiki vaxtda seksuallıq hər küncdə yayılmaqdadır; kinoda seksuallıq, teatrda seksuallıq, televiziyada, qəzetlərdə, mahnılarda, çimərliklərdə ... İnsanların, seksuallıqla bağlı problemlərdən daha az qayğılandığından bəhs edildiyini eşidirik. Tabular yıxıldı, deyirlər, seksuallıq artıq qorxutmur.

Jak Lacan. Hər tərəfi əhatə edən seksomaniya, bir reklam faktıdır sadəcə. Psixanaliz ciddi bir işdir və təkrar edirəm, iki fərd arasındakı tamamilə fərdi bir əlaqəylə əlaqədardır: subyekt və analitiklər. Kollektiv psixanaliz yoxdur, necə ki kütləvi qayğılar ya da kütləvi nevrozların olmadığı kimi. 

Seksuallıq gündəmə gəlmiş və küçə künclərində sərgilənir olsa belə, televiziyalarda hər hansı bir yuyucu tozu rəftarı görsə də, nəsə bir fayda vədində ola bilməz. Bunun pis olduğunu söyləmirəm, amma, şübhəsiz ki fərdi qayğıları və problemləri aradan qaldırmaq üçün kafi deyildir. Modanın, bizə təmin edilən bu süni sərbəstləşmənin bir hissəsi; bizə yuxarıdan verilmiş, qondarma liberal cəmiyyət tərəfindən verilmiş bir yaxşılıq kimidir lakin psixanaliz səviyyəsində heç bir işə faydası yoxdur.


Tərcümə : Əli Rəhimli
Düzəliş : psixoloq Cəmilə Qocalı 
Ad

A Separation,1,Adam Schaff,1,Adem ve Havva,1,Akra'da Bulunan Elyazması,1,Alain Badiou,4,Alain Resnais,1,Alan Woods,1,Albert Camus,17,Albert Einstein,4,Alejandro González Iñárritu,1,Alenka Zupančič,1,Alexander Supertramp,1,Alfred Hitchcock,4,Alıntı,1,Ali Rahimli,4,Allen Ginsberg,5,Amin Maalouf,1,Anarşi,2,André Breton,1,Andrey Tarkovski,7,Ani Gezinti,1,Anton Çehov,2,Antonin Artaud,1,Anubis,1,Aristoteles,1,Arthur Danto,1,Arthur Rosenberg,1,Arthur Schopenhauer,2,Arundhati Roy,1,Asghar Farhadi,3,Attila İlhan,1,Aynadaki Gibi,1,AzBlog,14,Aziz Nesin,2,Babaya Mektup,1,Beat Kuşağı,17,Belgesel,5,Belinski,1,Bertolt Brecht,3,Bertrand Russell,1,Bilim,10,Billie Holiday,1,Biyografya,22,Björk,1,Bob Black,1,Bob Dylan,1,Bozkırkurdu,1,Böyle Buyurdu Zerdüşt,1,Breaking Bad,1,Bulantı,1,Bülent Ortaçgil,2,Büyülenme,1,Camera Lucida,1,Can Yücel,2,Cemal Süreya,1,Charles Baudelaire,2,Charles Bukowski,6,Charles Dickens,1,Charlie Chaplin,2,Charlie Parker,1,Christfried Tögel,1,Christine Bard,1,Christopher McCandless,1,Christopher Nolan,1,Chuck Palahniuk,3,Çarlz Bukovski,1,Çavdar Tarlasında Çocuklar,1,Dallas Buyers Club,1,Damon Albarn,1,Daniel Goleman,1,Dava,1,David Gilmour,1,Demian,1,Desiderius Erasmus,1,Didier Lauru,1,Dieter Forte,1,Djivan Gasparyan,1,Dominique Laporte,1,Dostluk Bağları ve Dostluk,1,Dostoyevski,16,Dönüşüm,1,Edebiyyat,140,Edgar Allan Poe,1,Eduardo Galeano,1,Eflâtun,1,Ejderhaların Danssı,1,Elias Canetti,1,Elvis Presley,2,Emil Michel Cioran,1,Emma Goldman,1,Eric Clapton,1,Eric Hoffer,1,Erich Fromm,3,Ernest Hemingway,2,Estela Welldon,1,Ethan Coen,2,Əkrəm Əylisli,1,Feature,20,Félix Guattari,1,Felsefe,93,Ferman Toroslar,1,Fernando Pessoa,1,Film,68,Franz Kafka,25,Freddie Mercury,1,Friedrich Engels,1,Friedrich Nietzsche,19,Füruğ Ferruhzad,1,Gabriel Garcia Marquez,1,Gabriel García Márquez,2,Galileo,2,Gemeinschaft,1,George Carlin,1,George Martin,1,George Orwell,1,Georges Canguilhem,1,Georges Perec,1,Gerçeklik açısından Kafka,1,Gilles Deleuze,5,Goethe,1,Gogol,4,Guguk Kuşu,1,Gustav Janouch,1,Guy Fawkes,1,Hakim Bey,1,Harriet Lerner,1,Hegel,2,Heinrich Böll,1,Hermann Broch,1,Hermann Hesse,5,Herta Müller,1,Hrant Dink,1,Iain Menzies Banks,1,Immanuel Kant,1,Ingeborg Bachmann,1,Ingmar Bergman,6,Inside Llewyn Davis,1,Italo Calvino,2,İran,1,İtalo Calvino,1,J. D. Salinger,2,Jack Kerouac,8,Jacques Brel,1,Jacques Lacan,13,Jacques Vergès,1,James Hawes,1,James Joyce,1,Jan Pol Sartr,1,Jason McQuinn,1,Jean Baudrillard,1,Jean Cocteau,1,Jean-Paul Sartre,10,Jehane Noujaim,1,Jenn Ashworth,1,Jiddu Krishnamurti,2,Jimi Hendrix,1,Joel Coen,2,John Berger,1,John Fante,2,John Lennon,5,John Steinbeck,4,Jorge Luis Borges,1,Jose Saramago,1,Joseph Conrad,1,Judith Butler,1,Juliet Mitchell,1,Julio Cortázar,1,Kaos'un Gizli Yaşam,1,Karamazov Kardeşler,2,Karl Marx,8,Kaybedenler Klübü,1,Ken Kesey,1,Kırmızı Pazartesi,1,Korkma Ben Varım,1,Kumarbaz,1,Kürk Mantolu Madonna,1,La Casa De Papel,1,Lady with Ermine,1,Lars von Trier,8,Laura Nyro,1,Leonard Cohen,1,Leonard Da Vinci,1,Lev Tolstoy,5,Lev Troçki,2,Linda Lee,1,Maksim Gorki,2,Malina,1,Marie Curie,1,Marilyn Manson,1,Marilyn Monroe,1,Mario Leis,1,Marlon Brando,1,Marqius de Sade,2,Martı Jonathan Livingston,1,Martin Heidegger,2,Maurice Blanchot,2,Max Stirner,15,Mental Pornografi Blog,2,Meqale,175,Michael De Montaigne,1,Michel Foucault,6,Mike Leigh,1,Milan Kundera,1,Miles Davis,1,Milgram,1,Milgram deneyi,1,Mohsen Namjoo,3,Monique Wittig,1,Morrisse,1,Murat Menteş,1,Mustafa Kemal Atatürk,1,Muzik,37,Neal Cassady,2,ngmar Bergman,1,Nick Cave,1,Nick Mason,1,Nikolay Gavriloviç Çernişevski,1,Nilgün Marmara,1,Noam Chomsky,2,Nostalghia,1,Notre Dame'ın Kamburu,1,Nuri Bilge Ceylan,2,Octavio Paz,1,Oğuz Atay,1,Ontolojik Anarşi,1,Onur Ünlü,2,Oscar Wilde,2,Osho,1,Oteki Ben,1,Ölüler Tanrısı,1,Ölüm Pornosu,1,Ömer Hayyam,1,Özdemir Asaf,1,Palyaço,1,Pantolonun Politik Tarihi,1,Patti Smith,1,Paul Lafargue,1,Paul McCartney,3,Paulo Coelho,2,Peter Kropotkin,2,Pierre Clastres,1,Pigme,1,Pink Floyd,2,Politika,1,Rachel Carson,1,Rachter'in Günlüğü,1,Rashit,1,Ray Davies,1,Rene Girard,1,René Wellek,1,Richard Bach,1,Richard Brautigan,1,Richard Dawkins,1,Richard Wagner,3,Richard Wright,1,Robert Musil,1,Roger Fornoff,1,Roger Garaudy,1,Roger Waters,2,Roman,9,Rose Laub Coser,1,Rus edebiyat,2,Ruth Sheppard,1,S. Reynolds & J. Press,1,Sabahattin Ali,2,Sait Faik,1,Salvador Dali,1,Samuel Beckett,4,Sasha Grey,1,Saul Newman,2,Sean Penn,1,Sırtımdaki Ev,1,Siddhartha,1,Sigmund Freud,19,Silence Spring,1,Simone de Beauvoir,6,Slavoj Zizek,6,Slavoj Žižek,15,slide,2,Sokrates,1,Soren Kierkegaard,1,Spinoza,1,SS,6,Stalker,1,Stephen Eric Bronner,1,Steve McQueen,1,Stranger,1,Suç ve Ceza,2,Supertramp,1,Sürgün,1,Şeyler,1,Tanrıya Karşı Söylev,1,Tarkovsky,5,Tek Bacaklı Yolcu,1,Teneke Trampet,1,The Beatles,4,The Butterfly Effect,1,The Rolling Stones,1,The Square,1,Theodor Adorno,4,Thomas Mann,1,Through a Glass Darkly,1,Tom Waits,2,Tomris Uyar,1,Tony Porter,1,Turan Dursun,2,Turgut Uyar,1,Ulua,1,Uluma,1,Ulus Baker,4,Umberto Eco,1,Utanç,1,V for Vendetta,1,Van Gogh,1,Victor Emil Frankl,1,Victor Hugo,1,Viktor Frankl,1,Vladimir Nabokov,2,Voltaire,1,Vsevolod İ. Pudovkin,1,Walter Benjamin,1,Wilhelm Reich,1,Will Durant,1,William S. Burroughs,2,William Shakespeare,1,Woody Allen,8,Xavier Dolan,1,Yabancı,1,Yad,1,Yolda,1,Yusif Vəzir Çəmənzəminli,1,Zeki Demirkubuz,3,Zen Kaçıkları,1,
ltr
item
Ali Rahimli: Jak Lacan ilə reportaj (2-ci hissə)
Jak Lacan ilə reportaj (2-ci hissə)
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4V6ViBkuVhlJhfbPAgj4p8IJaCfwYcoKclFqEIeSWgHkSGNuRSn3foQizgVawEg8CYLkcLIcETZqtIyAh056YkLlkkefAswZnMxVw_IG1rpsdPe2FrRoC63S856deWBsWbjptis1xECmX/s640/Lacan-et-Roman-Jakobson.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh4V6ViBkuVhlJhfbPAgj4p8IJaCfwYcoKclFqEIeSWgHkSGNuRSn3foQizgVawEg8CYLkcLIcETZqtIyAh056YkLlkkefAswZnMxVw_IG1rpsdPe2FrRoC63S856deWBsWbjptis1xECmX/s72-c/Lacan-et-Roman-Jakobson.jpg
Ali Rahimli
https://alirahimli.blogspot.com/2017/06/jak-lacan-il-reportaj-2-ci-hiss.html
https://alirahimli.blogspot.com/
https://alirahimli.blogspot.com/
https://alirahimli.blogspot.com/2017/06/jak-lacan-il-reportaj-2-ci-hiss.html
true
8815050805795647263
UTF-8
Tüm Yazılar Yüklendi Hiç bir yazı bulunamadı HEPSİNİ GÖSTER DAHA FAZLA Cevapla Cevabı İptal Et Sil Tarafından Ana Sayfa Sayfalar İçerikler Hepsini Göster BU YAZIYA BENZER DİĞER YAZILAR ETİKET ARŞİV ARAMA BÜTÜN İÇERİKLER İsteğinizle eşleşme bulunamadı Ana Sayfaya Dön Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy