Cek Kerouac və 1960-ci illərin kulturası

Cek Kerouac  Cek Kerouacın əsərləri beatlərə və bunun nəticəsində 1960-cı illərin əks kultura hərəkətinə ilham vermişdir. Media isə b...

Cek Kerouac 
Cek Kerouacın əsərləri beatlərə və bunun nəticəsində 1960-cı illərin əks kultura hərəkətinə ilham vermişdir. Media isə bu iki cərəyanın yüksəlişini Kerouca ətf eləmişdi. Lakin bu onun heçdə istəmədiyi bir nəticə idi. Kerouac əslində Thomas Wolfe, Henry David Thoreau və Fyodor Dostoyevski səviyəsində böyük bir yazar olmaq istəyirdi. Romanlarında mənimsədiyi dəyərlər əks kultura hərəkətinin əsas daşlarından olmuşdu. Amma bu dəyərlər Kerouacın onun katolik olmasından gələn dəyərləri ilə zidd düşürdü. O həyatı gördüyü və təcrübə etdiyi şəkildə yazmışdır. Romanlarında öz xarakteri yoldaşlarının xarakterlərinə görə daim ikinci planda idi. Lakin oxucular Dean Moriarty, Carlo Marks və Yaşlı Öküz Leenin (müvafiq olaraq Neal Cassady, Allen Ginsberg və William S. Burroughs) davranışlarını Cek Kerouac'la əlaqələndirirdilər.

Bu, oxucularının gözləntilərinə görə yaşamaq istəyən amma inancları ucbatından bu gözləntiləri bütövlükdə həyata keçirə bilməyən Kerouac üçün daxili bir münaqişə səbəb olmuşdu. Kerouac formalaşmasında pay sahibi olduğu kultura ilə ciddi bir yazar olaraq görülmək istədiyi şəxsi arzularının arasında qalmışdı. Əgər belədirsə hadisələrin 1940-cı illərin sonunda keçdiyi və 1950-ci illərin sonunda yazılmış bir kitab 1960-cı illərin generasiyasına necə təsir edir di? Və Cek Kerouac ilham verdiyi bir kulturanı necə ola bilirki mənimsəyə bilmir di? Bu cəmiyyətin normalarını dürüstlüklə və daha əvvəl görülməmiş duyğu və düşüncə ilə alt-üst edən yazıçı Kerouacın səsiydi; bu onun ticarət halını almağı və ənənəvi Amerika əxlaq anlayışını geri çevirməsi və amerikan mədəniyyətində inqilab etməsi idi. Və bunları edən adamın ərsə gəlməsində böyük təsiri olduğu hərəkətdə dinclik tapmasına maneə törədən şey fransız kanadalı bir immiqrantın katolik oğlu olması idi.

Cek Kerouacın 1960-cı illərə necə təsir etdiyini anlamaq üçün əvvəlcə onun kim olduğunu və Beat Generasiyasının nə olduğunu anlamaq lazımdır. Amma ən başlıcası Beat Generasiyasına Cek Kerouac üçün nə ifadə etdiyi başa düşülmək lazımdır. Ginsberg, Burroughs və Cassady 1960-cı illərin əks kultura hərəkətini hər istiqamətdən mənimsəyərkən Cek Kerouac arada bir yerlərdə qalmışdır. Kerouac heç vaxt ilham verdiyi generasiyasını bütövlükdə dəstəkləyə bilməyib ya da geri çevirə bilməyib. Çünki Kerouac Beat Generasiyasını zamanındakı insanlardan fərqli başadüşürdü.

Cek Kerouac 12 Mart 1922-ci ildə Massachusettsin Lowell şəhərinin Fransız hissəsində Leo və Gabrielle Kerouacın övladı olaraq dünyaya gəlmişdi. Kerouacın ana və atası Amerikaya daha yaxşı həyat şərtlərinə sahib olmaq üçün gəlmiş fransız kanadalı immiqrantlar idi. Kerouac məktəbə başlayana qədər evdə həmişə fransız dilində danışmışdı və iniglis dilini ancaq məktəbə başladığında öyrənmişdi. Uşaqlığı ərzində Lowellın içində bir yerlərə köçüb dayanmış və heç bir yerdə dörd ildən çox yaşamamışdı. Davamlı köçüb dayandığı üçün bir yerə aid olma hissinə sahib ola bilməmişdi. Kerouacın bu tərzdə böyüməsi 1920-ci illərdə bir çox uşağın daha yaxşı şərtlərdə yaşamaq üçün şəhər şəhər gəzməyinə da ayna tutur. Bu narahatlıq və aid olmama hisləri Cek Kerouacın əsərlərində əhəmiyyətli bir yer tutmuş və öz yaşayış tərzlərində dinclik tapa bilməmiş oxucularıyla - öz generasiyasını və bir sonraki ilə - arasında bir əlaqə yaratmasında faydalı olmuşdu. Kerouacın kasıb və fəhlə təbəqəsinə aid olan ailəsi onu həyatı ərzində yoldaşlarından fərqli bir yerdə dayanmasına səbəb olmuşdur. Kerouac özünü həmişə bir yad kimi görmüş və ictimai mühitlərdə bahalı paltarlarla gəzərkən nadir özünü rahat hiss etmişdir. Kerouac narahatlıq və yad hiss etmənin yanında, xüsusilə seksuallıq mövzusunda katolik prinsipləriylə tərbiyə almışdır. Bu onun həmişə məşğul olmaq məcburiyyətində qaldığı bir şey olmuşdur. Kerouac bu vəziyyətdə özünə, yazdıqlarına və inanclarına qarşı necə dürüst ola bilərdi ki?

1957-ci ilin sentyabr ayında Viking Yayınları Yoldanı nəşr etdi. Yolda Beat Benerasiyasını digər bir çox əsərdən daha yaxşı təsvir etmişdir. Kitab 1950-ci illərin qabaqcıl əsərlərindən olmuşdu və Kerouacın inkişaf etdirdiyi yeni bir tərz olan "kortəbii nəsr" texnikası ilə yazılmışdı. Yolda eyni zamanda gəncliyin qaranlıqda qalmış həyat tərzinə də işıq tuturdu. Kitabın mövzusu seks, narkotik, üsyan, sürətli avtomobillər və musiqi idi. Bu kitab "ilk rock'n'roll kitab" oldu və ən çox satanlar siyahısında özünə bir yer tapa biləcək qədər çox satıldı. Mətbuat Beat Generasiyasını yeni və müvəqqəti bir moda olaraq başa düşürdü. Bir çox jurnalist Kerouacla kitabı haqqında deyil beatlər haqqında danışmaq istəyirdi. Beatlər nə idi? Nəyə inanırdılar? Media onların hamısını fiziki ehtiyaclarını ödəmək və cəmiyyətin qaydalarına qarşı qoymaqdan başqa bir şeylə maraqlanmayan gənc günahkarlar olaraq görürdü. Amma Kerouac Beat Generasiyasının öz özünü izah etməsi gərəkdiyi fikrində idi.

Yolda Kerouacı milli şüurun içinə doğru itələdi. Kerouac bu sayədə ciddi bir yazar olaraq deyil Beat Generasiyasının spikeri olaraq şöhrət qazandı. Beatlər bir qrup üsyankar və nihilist gənc olaraq, Cek Kerouac da onların padşahı olaraq görülürdü. Bu generasiyasını doğru düzgün təsvir və tərif etmək üçün Kerouac beatlər haqqında bir çox məqalə yazdı. 1958-ci ildə Esquire jurnalına yazdığı "Nəticə: Beat Generasiyasının Fəlsəfəsi" başlıqlı məqaləsində Beat Generasiyasının heç vaxt bir gənclik günahı olmadığını, 1940-cı illərin sonunda John Clellon Holmes və Allen Ginsberg ilə qurduqları, həyatı yeni və daha ruhani bir tərzdə gördükləri bir "xəyal" olduğunu açıqladı. Kerouac "Beat Generasiyasının qısa ömürlü və sayca az" olduğunu qəbul edirdi. Amma tərzləri və özlərini ifadə etmə şəkilləri 1950-ci illərin rock'n'roll gəncliyi tərəfindən - Montgomery Clift, Marlon Brando, James Dean və Elvis Presley vasitəsilə məşhur mədəniyyətin bir hissəsi olduqda özlərini isbat etmiş oldular. Kerouac məqaləsini beatlərin İtkin Generasiyanın uşaqları olduğunu və "sondakı solğun generasiyaya doğru bir başqa addım" olduğunu yazaraq bitirdi.

Beatlər haqqında Kerouacın da davamlı üstündə durduğu ana xususiyətlərdən biri də onların optimist olmaları idi. Kerouac dəfələrlə beat həyatı haqqında təfilərini İtkin Generasiyanın sinizmi ilə yan yana qoymuşdur. "Şir Yox Quzu" adlı məqaləsində İtkin Generasiyanın "heç bir şeyə inanmadığını və hər şeyə xor baxan utanmaz bir rəftara sahib olduğunu" iddia etmişdi. Beatlərə hədə qorxu gələn və onları yox etmək istəyən bu generasiya idi. Nəticə olaraq beatlər həyatı qəbul elədilər və İtkin Generasiyanın yıxdığı şeyi yenidən inşa etdilər. Beat başqa insanların həyatında "müdaxilə etməmək ruhu" idi. Itkin Generasiyanın cəmiyyəti dəyişdirmək üçün siyasi hərəkətlərdə olmasına baxmayaraq Kerouac beatləri siyasi mövzulara maraqsız olduğunu görürdü. Beatlər siyasi hərəkəti maraqsızlığa və Taonun "bir adam məcbur etməmək prinsipi ilə insanlarını idarə edərsə ictimai nizam öz-özünə yerinə gələr" prinsipinə əsaslanırdı.

Buna baxmayaraq beatlər çöldən bir ziddiyyətə də sahibiydilər. "Beat" sözünün bir çox mənfi mənası  var idi. Beat "ilk olaraq kasıb, səfil, yorğun, avara, kədərli, metroda yatan" mənasında idi. Kerouac bu sözü, bu hissiyyatı daşıyanlar üçün bir qürur ordeni etməyi bacardı. Mənfi mənanı müsbətə çevirdi. Kerouac "beat" sözünün "beatific (xeyir-dua verən)" ya da "beatitude (axirət xoşbəxtliyi)" mənalarında dini əhəmiyyətinin də olduğunu başa düşürdü. "Beatitude" beatlərin dini tərəfini vurğuladığı və İsanın İncildəki "beatitudes" adıyla keçən sözlərinə ruhən itaətli, mərhəmətli, kədərli olmaq və ürəyin təmiz olması gərəkdiyi sözlərinə açıq bir göndərmə idi. Əldən düşmüş və ya səfil olmaq onların doğruya və Tanrını tapmağa daha yaxın olduqları mənasında idi. Mike Wallacea verdiyi bir reportajda Kerouaca beatlərin özlərindən keçmək istəyib istəmədikləri soruşulduğunda Kerouac "bəli, bilirsiniz İsa Cənnət Krallığını görmək üçün özünüzdən keçməyimizin lazımdır demişdi," deyə cavab vermişdi. Kerouac narkotikin cənnət və Tanrı haqqında görüntüler görməyinə faydalı olduğunu və seksin də "cənnətə gedən bir keçid" olduğunu, daha çox beat olduqca cənnəti tapmağa daha da yaxınlaşdıqlarını da bu reportajda demişdi. Kerouac bunları söylədiyi zaman Buddizm üzərində işləməkdə idi və Buddizmin ilk qaydası "həyat əzab çəkməkdən ibarətdir"dir. Bu əzab çəkmə düşüncəsi beat olmaqla əlaqədar düşüncələrinin tamamilə uyğun düşürdü. Buddizm Kerouacın Dharma Bums romanının əsas mövzusu olmuşdur. Bu romanda Buddizm və təbiət əhəmiyyətli bir rol oynamış və roman 1960-cı illərdə bir çox adam üçün ilham mənbəyi olmuşdur.

Kerouac üçün Beat Generasiyası siyasi deyil ruhani bir düşüncə idi. Nəzəri olaraq narkotik, seks, səyahət etmək və beatlərin etdiyi digər bütün şeylər fərdi işıqlanma üçün idi. Onlar duyğularını göstərməkdən, seksuallıqlarını kəşf etməkdən və ya qanunsuzluq törətməkdə qorxmurdular. Kerouacın siyasi bir gündəmi yox idi. Onun digər beatlərdən kəskin bir şəkildə ayrıan siyasi inancları və dəyərləri vardı və digərlərini bunları mənimsəməyə heç məcbur etmirdi. "Şir Yox Quzu" da da ifadə etdiyi kimi bu "heç bir şeyə müdaxilə etməmək ruhu" idi. Beat olmaq hər mənasıyla azad olmaq demək idi. Bunlara ictimai quruluşdan aslı olmamaq; seks azadlığı, dini azadlıq, duyğularda azadlıq də daxil idi. Kerouac kitablarında kişilərin də emosyanallaşıb ağladıqlarını yazmaqdan çəkinmirdi. Cəmiyyətin xor baxdığı cinsi birləşmələrdən açıqca söz açırdı. Beat Generasiyasının digər üzvləri nəyə inanırsa inansın Kerouacın nəyə inandığı açıq idi. Beat Generasiyası təbiətinə görə inanclı, siyasətlə əlaqəsiz və cəmiyyətin sərhədlərindən azad idi. Bu Cek Kerouacın gələcək nəsillərə mirası idi. Amma 1960-cı illərin əks kultura hərəkəti bu düşüncələri bir sonrakı mərhələyə daşıdı. F. Scott Fitzgerald Caz Dövrünü izah edərkən sonradan gələn nəsillərin atalarından necə təsirləndiyini izah etmişdir. Fitzgerald bir nəslin "atalarına qarşı bir reaksiya" və "özlərindən əvvəlki nəslin dəliliklərinin və qanunsuzluqlarının üzərində dəyişikliklər elədiyi və  bir sıra düşüncələrlə fərqli qılınmış" olduğunu söyləmişdi. Cek Kerouac da bu dəli və qanunsuzlardan idi. Onun davranışı kitablarındakı personajlarından gəlirdi və bu davranış o zamanlara ilham verən şey idi.

1960-cı illərdə başlayan əks kultura hərəkəti ABŞ-ı qütübləşdirdi. Bu yeni nəsil bohemlər (vəhşiləşmişlər) San Francisco və New Yorkun East Village səmtində yaşayırdılar. Bu iki yer eyni zamanda beatlərin keçən on ildə bir araya gəldikləri yeyirdi. Bu səbəblə beatlər bu yeni bohemelərə (vəhşiləşmişlərə) "hippie" - "gənc-sinif hipster" - dedilər. Beatlər siyasətlə maraqlanmadığı halda bu yeni nəsil xüsusilə siyasətlə bağlı idi. Hippilərin çoxu sivil itaətsizliyi mənimsədiklərinə görə cəmiyyətin şüurunda yer tutmuş gənc tələbələr idi. Şəhər Dövlət Universiteti hücumunda ya da Chicago Demokratik Milli Yığıncağındakı üsyanlarda mətbuatın marağı üstlərində idi. Bu bütün bu tələbələrin ərköyün və nankor uşaq olduğu qəbulunu yaradırdı. Onlar Vyetnam müharibəsinə etiraz etdilər və özlərini narkotik, seks və rok musiqisinə verdilər. Beatlər kimi onlar da cəmiyyətin normalarının özlərinə nəyin doğru olub olmadığını izah etməsinə baxmayaraq özlərini azad bir şəkildə ifadə etmək istədilər. Beatlərin əksinə siyasi bir duruşa sahib idilər və cəmiyyəti dəyişdirməyə çalışırdılar. Bu Kerouacın müdaxilə etməmək mövzusundakı düşüncələrinə zidd düşürdü.

Bu yeni gənclik hərəkəti Cek Kerouacı təkrardan ilkin sıraya gətirdi. Kerouac hippielərin üsyankar davranışlarına görə günahlandırıldı. O Amerikadakı bu yeni bəlanı başlatan adam idi. Onun kitablarında yer verdiyi seksuallıq və narkotika bu yeni nəslə Amerika ənənələrinə qarşı çıxmaq üçün ilham vermişdi. 1960-cı illərdə xüsusilə iki kitab cəmiyyətə ilham mənbəyi olmuşdu - Yolda və Dharma Bums. Düşüncələr və anlayışlar tamamilə Kerouacın deyildi. Amma bu anlayışları toplu istehlakı üçün cəmiyyətin önünə qoyan Kerouac idi. Çünki onun Beatlərin Kralı olaraq xatırlanmasına səbəb olan kitabları yazmışdı və nəticə olaraq Hippielərin Babası olaraq xatırlanmağa başlanmışdı. Lakin onun oxucu kütləsi onu və haqqında yazdığı personajları bir-birindən ayırd edə bilmədi.

1960-cı illərin rok ulduzları orta sinifin o zamanlarki sərhədlərindən daha iləridə bir həyat üçün dayanmayan səylərinin bir xülasəsi idi. Bir Bbeat şairi olan Michael McClure, Jim Morrisonunn ölümündən sonra Morrison üçün "Dean Moriarty kimi daim yola çıxmağa hazır idi" deyə yazdı. Yolda'nın ən ilham verici hissələrindən biri də Sal Paradiseın (Kerouacın romandakı adı) "çünki mənim üçün yalnız dəli insanlar maraqlıdır, yaşamaq üçün dəli olanlar, danışmaq üçün dəli olanlar, qurtuluş üçün dəli olanlar, eyni anda hər şeyi birdən arzulayanlar, heç bir zaman əsnəmiyən, ixtişamlı sözlər danışmayan, yaşamaq üçün yanan, yanan, yanan insanlar" dediyi hissədir. Bu bölüm tez-tez Rolling Stone kimi rok musiqi jurnallarında və mahnılarda sitat gətirilmişdir. Bundan başqa Bob Dylan və John Lennon da Kerouacdan təsirlənmişdilər. Bob Dylan Kerouacı oxuduqdan sonra "dünyada bir yerlərdə onun kimi insanlar olduğunun fərqinə varmışdı" demişdi. Lennonun qrupu "Beetles'ın adını ilham aldığı sənət əsərinə hörmət əlaməti olaraq Beatles elədi." Dylan və Lennon 1960-cı illərin mədəniyyətinin dəyişməsinə kömək etti. Bu Kerouacın gözlədiyi bir şey deyildi. O özünü tapmaq üçün yazırdı, başqalarına ilham vermək üçün deyil. Nə olursa olsun Yolda bir çox insana özlərini və dünyanı kəşf üçün yola düşməkləri üçün ilham verdi.

Dharma Bums da gənc bir nəslə ilham verdi, lakin fərqli bir şəkildə. Dharma Bums təbiətin üstün bir rol oynadığı daha ruhani bir işdir. Bu romanın qəhrəmanı bir təbiət və Buddizm quru olan Japhy Rider idi(Rider, Gary Snyder'ın kitabdakı adıdır). Romanda Ryder, Ray Smithə (Kerouaca) "böyük bir kürək çantası inqilabı görürəm; minlərlə və hətta milyonlarla gənc Amerikalı kürək çantalarıyla gəzir, dağlara çıxıb dua edirlər ... ". Bu xəyal 1960-cı illərdə minlərlə hippienin çöl ərazilərinə köçüb, istehlak cəmiyyətini rədd etdiklərini və bunu Dharma Bumun rəhbərləri olaraq görüb etdiklərində reallaşmışdır. Kerouac Zenə inananların universitet və şəhərətrafı məhəllələri necə gördüklərini açıqlamağa davam etmişdi. Onlar üçün universitet "şəxsiyyətsiz orta sinif üçün yetişdirmə məktəbi" idi və şəhər ətrafılarında yaşayan insanlar isə "bağçasında çəmənləri və hər otağında hər kəsin eyni şeyə baxıb eyni anda eyni şeyi düşündüyü televizyorları olan yaxşı vəziyətdəki evlər" də yaşayarlar. Bir Cek Kerouac biyografisi yazmış olan Barry Miles bunun Kerouacın niyə mühüm olduğunun göstərdiyini deyir. Miles Kerouacın kitablarında "bu düşüncələri qabaqdan gördüyünü və məşhur etdiyi" ni deyir və bu kitablar sözü gedən generasia üçün rəhbər xüsusiyyətində olduğundan bəhs edirdi.

Kerouaca Nə Oldu? adlı sənədli filmdə Burroughs Cek Kerouacı Beat hərəkətiylə birlikdə xatırlayar. Sənədli filmdə Burroughs, Kerouacın başlatdığı şeyin "bir mədəniyyət inqilabı" olduğunun bildirir. Lakin Burroughs 1960-cı illərin əks kultura hərəkətindəki rolunu heç cür qəbul etmədisə də bu hərəkəti yaratmaqda faydalı olduğunun etiraf edir. Burroughsa görə Kerouac siyasi mövzulara maraqsız idi və heç siyasi bir nümayişdə iştirak etmirdi ya da heç bir ərizə imzalamamışdı. Bu yeni generasia "Beat hərəkətini məntiqli nəticəsinə doğru gedirdi." Allen Ginsberg, Burroughs və hətta Cassady belə bu əks kultura hərəkətində özləri üçün bir səbəb tapdı. Amma Kerouac özünü onlardan və bu hərəkətdən ayrı tutdu. O 1960-cı illərin siyasi təbiətinə şiddətlə qarşı idi və özünün yalnız sənətlə əlaqədar biri olduğunun vurğulayırdı.

1960-cı illərin ikinci yarısında Kerouac beatlər və hippielər haqqındakı suallardan bezmişdi. Kerouac onların siyasətlərindən və varlıqlarının səbəbinin özünə aid edilməsindən sıxılmışdı. Reportajlarda və yazdığı məqalələrdə tez-tez özünü onlardan ayrı tutmağa çalışırdı. 1968-ci ildə William Buckleyinin televiziya proqramı "Firing Line" a qatıldı. Proqramda ayrıca müharibə əleyhdarı aktivist, şair və musiqiçi Ed Sanders da vardı. Sanders proqramdan əvvəl Kerouacı gördüyündə, ki Kerouac onun qəhrəmanı idi, Kerouaca "salam ata!" demiş və qarşılığında Kerouac "mən sənin atan deyiləm qəhbənin balası" deyə sərt bir şəkildə cavab vermişdir. Proqramın irəliləyən dəqiqələrində Buckley Kerouaca hippielərin beatlərlə bir əlaqəsi olub olmadığını soruşmuşdu. Kerouac "hippielər yaxşı uşaqlardı, beatlərdən daha yaxşı," və hippielərin "eyni hərəkətin bir parçası" olduğunun söyləyərək cavab vermişdi. Amma səsinin tonunu özünə bir qrup "avara" və "kommunistin hücum etdiyini" söyləmək üçün dəyişdirib və Sandersin bunu etdirdiyini söyləmişdi. Kerouac nitqinə bu insanların onun "beatitude, həyatdakı zövqlər və şəfqət" mövzularındakı saf fikirlərini alıb onların və mətbuatın bunları necə təhrif edib "beat üsyanı və beat dirilməsi" deyə təqdim etdiyini izah edərək davam etmişdi. Program ərzində Kerouac Sandersla açıqca lağ etmiş və sonradan bunları şən zarafatlara vurmuşdu. Bu romantik qarışıqlıq onun özünün mədəniyyət hərəkəti olaraq baxdığı şeyin yeni bir istiqamət almasını qəbullənə bilməməyindən idi. Kerouac Beatlərin və onları təqib edənləri nə qəbul edə bildi nə də həyatlarından çıxara bildi. Beləliklə də ikisinin ortasında özünü narahat qalmağa itələdi.

Kerouacın fikirləri sağa tərəf dəyişməyə davam edərkən yoldaşlarının tam tərsi istiqamətdə idi; bunun nəticəsi olaraq da yoldaşlarından nifrət etti. Ən böyük anlaşmazlığı isə bir Amerikan əleyhdarı olduğunun iddia etdiyi Allen Ginsbergilə idi. Kerouacın əks kultura haqqında sevmədiyi hər şey Ginsberg'de var idi. LSD Amerikaya "ölkələrini zəiflətmək üçün" ruslar tərəfindən gətirildiyini müdafiə edirdi. Şiddətlə sola əks çıxırdı və hippielərin hərəkatının bir hissəsi olan bir çox köhnə yoldaşından özünü uzaqlaşdırmışdı. Siyasi baxışını "mən Amerika və onun siyasətinin bir müdafiyəçisiyəm, və radikal siyasi müdaxilələr başqa bir istiqamətə doğru getmə meylindəymiş kimi görünür ... Bu ölkə mənim kanadalı ailəmə az ya da çox bir şeylər qatdı. Biz bu ölkəni xor görmək üçün bir səbəb görə bilmirik, "sözləri ilə izah etmişdi. Bu nöqtədə Kerouacın ailə keçmişi onu yenidən digərlərindən ayırırdı. Amma bunu nə qədər deyirsədə desin reportajlarında ona həmişə beatlər və hippielər ilə olan əlaqəsi soruşulmaya davam edirdi.

Kerouac ölmədən qısa bir müddət əvvəl "Məndən Sonra, Tufan" (daha sonra "Nə haqqında Düşünürəm?" adı altında yenidən çap olunmuşdur) başlıqlı məqaləsini nəşr etdi. Chicago Tribune jurnalı ondan yenidən hippielərə, müharibə əleyhdarlarına və məktəbi atanlara səslənməsini istədi. Kerouac sözləriylə onların hamısına hücum etdi və "mən köklü siyasətçilərlə radikallar arasında harada olduğumu düşünürəm ..." dedi. Sonra da özünün "ortadakı bippie" olduğunun söylədi. Reportaja necə hippilərin, nümayişçilərin və məktəbi tərk edənlərin atası ola biləcəyini soruşaraq davam etti və sözlərini "necə olur da Jerry Rubin, Mitchell Goodman, Abbie Hoffman və Allen Ginsberg'in atası ola bilərəm" deyə soruşaraq bitirdi. Bu məqalə bütün bunlarla sırası ilə lağ edərək davam edirdi: cəmiyyətin irəli gələnləri, hippielər, məktəbi tərk edənlər və müharibə etirazçıları. Kerouac bunların hamısını yorucu hesab edir və heç biri ilə maraqlanmaq istəmirdi. Məqaləsini "Mənim ehtiyacım olan şey insanların mənə mənim nəyə ehtiyacım olduğunu izah eləməməsidir" deyə qışqıraraq bitirir. Məqalənin nəşr olunmasından bir ay sonra Kerouac həyata gözlərini yumur.

Kerouac arzuladığının əksinə həyatı boyu ciddi bir yazar olaraq görülmədi. İndi Kerouac və romanı Yolda Amerikanın klassiklərindən biri olaraq qəbul edilir. Kerouac ədəbi uğuru və Amerika mədəniyyətinə verdiyi ilhamla bilinir. Əsərləriylə "60-cı illərin açıq sözlülük, səmimiyyət və dürüstlüyünə qabaqcıl olmuş və daha əvvəldən insanların arasındakı yaxınlığa mane olan rəsmiyyət və səmimiyyətsizliyin çoxunu yox etmişdi." Yeni bir generasiya yazıçı və yazı tərzi ondan təsirlənmişdir: John Rechy, Hubert Seleby Jr., Jan Cremer, Gonzo kimi jurnalist və ədəbi jurnalistlərin hamısı Kerouaca borcludur. Bütün bir gənc generasiya Amerikalı Kerouacın romanlarından xüsusilə də Yolda və Dharma Bumsdan ilham almışdır. Romanlarında ifadə etdiyi bütün düşüncələr tamamilə onun deyil. Lakin bu düşüncələri yer altından Amerika cəmiyyətinin gözü önünə gətirən onun səsidir. Onun səsi bu yeni düşüncələri və ictimai azadlıqları qəlib olmaqdan çıxarmış və mövcud vəziyyətə yüksəltmişdir. Amma inancları və əsərlərinin arxa planıyla heç uzlaşa bilmədi Cek Kerouac. Bu onun yaradılmasına kömək etdiyi şeylərin tamamilə bir parçası olmasını maneə törədən şeydir.

Dan Kaplan
Tərcümə: Əli Rəhimli

Ad

A Separation,1,Adam Schaff,1,Adem ve Havva,1,Akra'da Bulunan Elyazması,1,Alain Badiou,4,Alain Resnais,1,Alan Woods,1,Albert Camus,17,Albert Einstein,4,Alejandro González Iñárritu,1,Alenka Zupančič,1,Alexander Supertramp,1,Alfred Hitchcock,4,Alıntı,1,Ali Rahimli,4,Allen Ginsberg,5,Amin Maalouf,1,Anarşi,2,André Breton,1,Andrey Tarkovski,7,Ani Gezinti,1,Anton Çehov,2,Antonin Artaud,1,Anubis,1,Aristoteles,1,Arthur Danto,1,Arthur Rosenberg,1,Arthur Schopenhauer,2,Arundhati Roy,1,Asghar Farhadi,3,Attila İlhan,1,Aynadaki Gibi,1,AzBlog,14,Aziz Nesin,2,Babaya Mektup,1,Beat Kuşağı,17,Belgesel,5,Belinski,1,Bertolt Brecht,3,Bertrand Russell,1,Bilim,10,Billie Holiday,1,Biyografya,22,Björk,1,Bob Black,1,Bob Dylan,1,Bozkırkurdu,1,Böyle Buyurdu Zerdüşt,1,Breaking Bad,1,Bulantı,1,Bülent Ortaçgil,2,Büyülenme,1,Camera Lucida,1,Can Yücel,2,Cemal Süreya,1,Charles Baudelaire,2,Charles Bukowski,6,Charles Dickens,1,Charlie Chaplin,2,Charlie Parker,1,Christfried Tögel,1,Christine Bard,1,Christopher McCandless,1,Christopher Nolan,1,Chuck Palahniuk,3,Çarlz Bukovski,1,Çavdar Tarlasında Çocuklar,1,Dallas Buyers Club,1,Damon Albarn,1,Daniel Goleman,1,Dava,1,David Gilmour,1,Demian,1,Desiderius Erasmus,1,Didier Lauru,1,Dieter Forte,1,Djivan Gasparyan,1,Dominique Laporte,1,Dostluk Bağları ve Dostluk,1,Dostoyevski,16,Dönüşüm,1,Edebiyyat,140,Edgar Allan Poe,1,Eduardo Galeano,1,Eflâtun,1,Ejderhaların Danssı,1,Elias Canetti,1,Elvis Presley,2,Emil Michel Cioran,1,Emma Goldman,1,Eric Clapton,1,Eric Hoffer,1,Erich Fromm,3,Ernest Hemingway,2,Estela Welldon,1,Ethan Coen,2,Əkrəm Əylisli,1,Feature,20,Félix Guattari,1,Felsefe,93,Ferman Toroslar,1,Fernando Pessoa,1,Film,68,Franz Kafka,25,Freddie Mercury,1,Friedrich Engels,1,Friedrich Nietzsche,19,Füruğ Ferruhzad,1,Gabriel Garcia Marquez,1,Gabriel García Márquez,2,Galileo,2,Gemeinschaft,1,George Carlin,1,George Martin,1,George Orwell,1,Georges Canguilhem,1,Georges Perec,1,Gerçeklik açısından Kafka,1,Gilles Deleuze,5,Goethe,1,Gogol,4,Guguk Kuşu,1,Gustav Janouch,1,Guy Fawkes,1,Hakim Bey,1,Harriet Lerner,1,Hegel,2,Heinrich Böll,1,Hermann Broch,1,Hermann Hesse,5,Herta Müller,1,Hrant Dink,1,Iain Menzies Banks,1,Immanuel Kant,1,Ingeborg Bachmann,1,Ingmar Bergman,6,Inside Llewyn Davis,1,Italo Calvino,2,İran,1,İtalo Calvino,1,J. D. Salinger,2,Jack Kerouac,8,Jacques Brel,1,Jacques Lacan,13,Jacques Vergès,1,James Hawes,1,James Joyce,1,Jan Pol Sartr,1,Jason McQuinn,1,Jean Baudrillard,1,Jean Cocteau,1,Jean-Paul Sartre,10,Jehane Noujaim,1,Jenn Ashworth,1,Jiddu Krishnamurti,2,Jimi Hendrix,1,Joel Coen,2,John Berger,1,John Fante,2,John Lennon,5,John Steinbeck,4,Jorge Luis Borges,1,Jose Saramago,1,Joseph Conrad,1,Judith Butler,1,Juliet Mitchell,1,Julio Cortázar,1,Kaos'un Gizli Yaşam,1,Karamazov Kardeşler,2,Karl Marx,8,Kaybedenler Klübü,1,Ken Kesey,1,Kırmızı Pazartesi,1,Korkma Ben Varım,1,Kumarbaz,1,Kürk Mantolu Madonna,1,La Casa De Papel,1,Lady with Ermine,1,Lars von Trier,8,Laura Nyro,1,Leonard Cohen,1,Leonard Da Vinci,1,Lev Tolstoy,5,Lev Troçki,2,Linda Lee,1,Maksim Gorki,2,Malina,1,Marie Curie,1,Marilyn Manson,1,Marilyn Monroe,1,Mario Leis,1,Marlon Brando,1,Marqius de Sade,2,Martı Jonathan Livingston,1,Martin Heidegger,2,Maurice Blanchot,2,Max Stirner,15,Mental Pornografi Blog,2,Meqale,175,Michael De Montaigne,1,Michel Foucault,6,Mike Leigh,1,Milan Kundera,1,Miles Davis,1,Milgram,1,Milgram deneyi,1,Mohsen Namjoo,3,Monique Wittig,1,Morrisse,1,Murat Menteş,1,Mustafa Kemal Atatürk,1,Muzik,37,Neal Cassady,2,ngmar Bergman,1,Nick Cave,1,Nick Mason,1,Nikolay Gavriloviç Çernişevski,1,Nilgün Marmara,1,Noam Chomsky,2,Nostalghia,1,Notre Dame'ın Kamburu,1,Nuri Bilge Ceylan,2,Octavio Paz,1,Oğuz Atay,1,Ontolojik Anarşi,1,Onur Ünlü,2,Oscar Wilde,2,Osho,1,Oteki Ben,1,Ölüler Tanrısı,1,Ölüm Pornosu,1,Ömer Hayyam,1,Özdemir Asaf,1,Palyaço,1,Pantolonun Politik Tarihi,1,Patti Smith,1,Paul Lafargue,1,Paul McCartney,3,Paulo Coelho,2,Peter Kropotkin,2,Pierre Clastres,1,Pigme,1,Pink Floyd,2,Politika,1,Rachel Carson,1,Rachter'in Günlüğü,1,Rashit,1,Ray Davies,1,Rene Girard,1,René Wellek,1,Richard Bach,1,Richard Brautigan,1,Richard Dawkins,1,Richard Wagner,3,Richard Wright,1,Robert Musil,1,Roger Fornoff,1,Roger Garaudy,1,Roger Waters,2,Roman,9,Rose Laub Coser,1,Rus edebiyat,2,Ruth Sheppard,1,S. Reynolds & J. Press,1,Sabahattin Ali,2,Sait Faik,1,Salvador Dali,1,Samuel Beckett,4,Sasha Grey,1,Saul Newman,2,Sean Penn,1,Sırtımdaki Ev,1,Siddhartha,1,Sigmund Freud,19,Silence Spring,1,Simone de Beauvoir,6,Slavoj Zizek,6,Slavoj Žižek,15,slide,2,Sokrates,1,Soren Kierkegaard,1,Spinoza,1,SS,6,Stalker,1,Stephen Eric Bronner,1,Steve McQueen,1,Stranger,1,Suç ve Ceza,2,Supertramp,1,Sürgün,1,Şeyler,1,Tanrıya Karşı Söylev,1,Tarkovsky,5,Tek Bacaklı Yolcu,1,Teneke Trampet,1,The Beatles,4,The Butterfly Effect,1,The Rolling Stones,1,The Square,1,Theodor Adorno,4,Thomas Mann,1,Through a Glass Darkly,1,Tom Waits,2,Tomris Uyar,1,Tony Porter,1,Turan Dursun,2,Turgut Uyar,1,Ulua,1,Uluma,1,Ulus Baker,4,Umberto Eco,1,Utanç,1,V for Vendetta,1,Van Gogh,1,Victor Emil Frankl,1,Victor Hugo,1,Viktor Frankl,1,Vladimir Nabokov,2,Voltaire,1,Vsevolod İ. Pudovkin,1,Walter Benjamin,1,Wilhelm Reich,1,Will Durant,1,William S. Burroughs,2,William Shakespeare,1,Woody Allen,8,Xavier Dolan,1,Yabancı,1,Yad,1,Yolda,1,Yusif Vəzir Çəmənzəminli,1,Zeki Demirkubuz,3,Zen Kaçıkları,1,
ltr
item
Ali Rahimli: Cek Kerouac və 1960-ci illərin kulturası
Cek Kerouac və 1960-ci illərin kulturası
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI49TjaaOgm2TgelFphqxlPEAKPtsTu4cZ_iUfpiGCgLeO9x39YfF2jRCSmx3GzVWAwJAbJH0jjA2dFNcZxZ8tDU52Ke4NcKgYvxhW_7wDQWmm0TSdimEQXzls2YQH2DD5wpqrNF3aMXiK/s640/072-jack-kerouac-theredlist.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgI49TjaaOgm2TgelFphqxlPEAKPtsTu4cZ_iUfpiGCgLeO9x39YfF2jRCSmx3GzVWAwJAbJH0jjA2dFNcZxZ8tDU52Ke4NcKgYvxhW_7wDQWmm0TSdimEQXzls2YQH2DD5wpqrNF3aMXiK/s72-c/072-jack-kerouac-theredlist.jpg
Ali Rahimli
https://alirahimli.blogspot.com/2016/02/cek-kerouac-v-1960-ci-illrin-kulturas.html
https://alirahimli.blogspot.com/
https://alirahimli.blogspot.com/
https://alirahimli.blogspot.com/2016/02/cek-kerouac-v-1960-ci-illrin-kulturas.html
true
8815050805795647263
UTF-8
Tüm Yazılar Yüklendi Hiç bir yazı bulunamadı HEPSİNİ GÖSTER DAHA FAZLA Cevapla Cevabı İptal Et Sil Tarafından Ana Sayfa Sayfalar İçerikler Hepsini Göster BU YAZIYA BENZER DİĞER YAZILAR ETİKET ARŞİV ARAMA BÜTÜN İÇERİKLER İsteğinizle eşleşme bulunamadı Ana Sayfaya Dön Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy